Təcrübə mübadiləsi

Pedaqoji prosesin tamlığı

Təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.

Təlimdə bərabər imkanların yaradılması

Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

Şagirdyönümlülük

Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.

İnkişafyönümlülük

Şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir.

Fəaliyyətin stimullaşdırılması

Şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir.

Dəstəkləyici mühitin yaradılması

Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilir.




Məzmun standartlarının reallaşmasına xidmət edən məqsədlərdir


• Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi

• Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi

• Məzmun standartında biliyin kateqoriyası (deklarativ, prosedural, kontekstual) və bacarığın xüsusiyyətlərinin (idraki, emosional, psixomotor) təlim məqsədində əks etdirilməsi




Dərs dinləmə vərəqini yüklə
Dərs dinləmə vərəqini yüklə