Dərsdənkənar

"GƏNCLƏRİN QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞLƏRİNİN TƏŞKİLİ" LAYİHƏSİ KEÇİRİLMİŞDİR.


Verilir İbrahimli Sevinc Əfsələddin qızına ondan ötrü ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Gənclərin "Tənhalara Dayaq" İctamai Birliyi tərəfindən həyata keçirilən "Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili" layihəsi çərçivəsində keçirilən tədbirdə fəal iştirak etmişdir.


"Müəllim və şagird münasibətləri" mövzusunda dəyirmi masa


22.10.2016-cı il tarixində 36 nömrəli tam orta məktəbin pedaqoji kollektivi, Bakı Dövlət Universitetinin dosenti, Mirzə Ələkbər Fondunun prezidenti Sevda xanım Tahirli ilə "Müəllim və şagird münasibətləri" mövzusuna dair görüş təşkil olundu. Görüşün əsas məqsədi dərs prosesində və dərsdən kənarda müəllimin düzgün davranış və mövqeyinin müzakirə edilməsi idi.


"HEYDƏR ƏLİYEV MƏRKƏZİ"NƏ EKSKURSİYA


Bu gün məktəbimizin 60 nəfər şagirdi Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi"nin təşəbbüsü ilə "Heydər Əliyev Mərkəzi"ndə ekskursiyada oldular.


"18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ"DÜR


Hər il olduğu kimi məktəbimizdə bu ildə 1990-cı il 18 oktyabrda əldə olunmuş müstəqilliyimizə həsr olunan "18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ"DÜR adlı tədbir keçirildi. Məqsəd şagirdlərə Vətənpərvərlik duyğularını aşılamaq və tarixi günlərimizə olan dəyərin önəmini vurğulamaq idi.